Modern.az

Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı

Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı

Aktual

2 Avqust 2021, 12:37

Bir müddət əvvəl Qarabağın mədəniyyət paytaxtı olan Şuşada kulinariya festivalı keçiriləcəyi barədə məlumatlar yayılmışdı. Festivalın yay aylarında baş tutacağı bildirilirdi.

 

Modern.az Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş direktoru Tahir Əmiraslanovla əlaqə saxlayaraq, kulinariya festivalının aqibəti ilə maraqlanıb. 

 

T.Əmiraslanov hələ də Turizm Agentliyindən xəbər almadıqlarını bildirib:

 

 “COVID-19 pandemiyası və digər məsələlərə görə müəyyən problemlər var. Festivalla bağlı Prezident Administrasiyasına müraciət etmişik, Dövlət Turizm Agentliyində də müzakirələr aparılır, cavab gözləyirik. Hələ heç bir irəliləyiş yoxdur”.

 

Onun fikrincə, kulinariya festivalının bu il keçirilməsi mümkün olmayacaq:

 

“Bu zamana qədər hələ də irəliləyiş olmadığı üçün düşünürəm ki, festival növbəti il keçiriləcək. Çünki artıq yayın bitməsinə çox az qalıb”.

 

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi