Arxiv
3 Avqust 2021, 11:03 | PARLAMENT
“İslahat dalğası bu gün də davam edir” - Deputat

“Bəzi KİV-lərdə Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə əlaqədar referendumun keçirilməsi və Parlamentin buraxılması ilə bağlı fikirlər dolaşmaqdadır. Nədənsə, bu fikirlər post-müharibə dövründə meydana atılır və hansısa arqumentlərlə əsaslandırılmağa çalışılır”.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov qeyd edib ki, ölkə başçısı yeni islahat dalğası başladan zaman yeni çağırışlara ən tez reaksiya verən qurumlardan olan Milli Məclis növbədənkənar parlament seçkilərinə getdi və Hakimiyyətin bu qanadında böyük dəyişikliklər oldu:

 

“Ali qanunverici hakimiyyət orqanının aparatında da kifayət qədər böyük islahatlar aparıldı, idarəetmə təkmilləşdirildi, bir sıra yeni şöbələr yaradıldı, çevik idarəetmə mexanizmi quruldu. Yeni islahat dalğası ayrı-ayrı dövlət qurumlarını da əhatə etdi və bu proses bu gun də davam etməkdədir.

 

Bütün bunların fonunda KİV-lərdə bu cür fikirlərin yer alması ucuz reytinq yığmaq xatirinə paylaşılan xəbərlərdən daha çox, hansısa beyin mərkəzlərinin işləyib hazırladıqları və media nümayəndələrinin də bilərəkdən və ya bilməyərəkdən paylaşdıqları hansısa yeni proyetkdir. Düşünürəm ki, Azərbaycanda referenduma və ya Parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur. Hakimiyyətin ayrı-ayrı qanadları öz funksiyalarını peşəkarlıqla yerinə yetirir, dövlət institutları işləyir, dövlət qurumlarında islahatlar davam edir”.

 

Ş. İsmayılov onu da qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ayrı-ayrı hakimiyyət qanadlarının qarşısına da yeni tələblər qoydu və bu orqanlar öz funksiyalarını uğurla icra etməkdədir:

 

“Unutmaq lazım deyil ki, məhz bu hakimiyyət, onun rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdi. Xalq-hakimiyyət birliyi yüksək səviyyədədir. Azərbaycan müharibədə qalib olmaqla bölgə üçün yeni reallıqlar yaradıb. Sürətli şəkildə işğaldan azad olunmuş ərazilərin bərpa prosesi gedir. Hazırkı mərhələdə biz ölkəmizə qarşı müharibədən əvvəlki dövrdə də müşahidə etdiyimiz bəzi ikili standartların və təzyiq etmə cəhdlərinin şahidi oluruq. Belə fikirləri ortaya atmaqla və hansısa gündəlik məişət problemləri ilə bunu əsaslandırmağa çalışmaqla sanki bir çaşqınlıq yaradılmağa çalışılır. Burada müşahidə etdiyimiz daha bir məqam isə ondan ibarətdir ki, ənənəvi anti-Azərbaycan qüvvələri sanki bu prosesin carçılarına çevriliblər. Qeyd etdiyimiz kimi məqsəd ölkəmizdə milli birliyi zədələmək və ölkəmizə hansısa təzyiqlərin göstərilməsi cəhdləridir. Bütün bunlar isə sadəcə cəhd olaraq qalacaqdır. Azərbaycanda peşəkar dövlət idarəçiliyi mövcuddur və dövlət qurumları onların qarşısına qoyulan tapşırıqları uğurla icra edir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi  24 Sentyabr 2021, 10:44 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04
SORĞU Hansı vaksinə etibar edirsiniz?