Arxiv
3 Avqust 2021, 13:18 | AKTUAL
Nazir BMT-nin yeni resident əlaqələndiricisini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, V.Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

C.Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə edib.

 

Vladanka Andreyeva ölkənin BMT ilə 30 ilə yaxındır ki, mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminlik bildirib. Ölkə ilə bağlı ilkin təəssüratlarının çox yaxşı olduğunu bildirən resident əlaqələndirici, birgə səylərin davam edəcəyini və mövcud əməkdaşlığın konkret nəticələrinin əldə olunmasına diqqətin yönəldiləcəyini qeyd edib. V.Andreyeva ölkənin həm Covid-19 təhdidi ilə mübarizəsini, həm də münaqişə sonrası bərpa prosesini yaşadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı dəstəkləməyə, heç kimin arxada buraxılmadığından əmin olmağa və daha yaxşı gələcək qurmağa hazırlıqlarını ifadə edib.



C.Bayramov ölkəmizin həm pandemiya ilə mübarizədə rolundan, bu xüsusda dövlət başçımız tərəfindən irəli sürülən qlobal təşəbbüslərdən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığından, həm də müstəqilliyinin ilk günlərindən üzləşdiyi təcavüz siyasəti və onun nəticələri, Ermənistanın davam edən hərbi təxribatları və ötən il həyata keçirilmiş cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, beləliklə də BMT TŞ-nin qətnamələrinin icrasının təmin edilməsi barədə qarşı tərəfə məlumat verib. Nazir, həmçinin BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığımız, o cümlədən ölkəmizə YUNESKO və BMTQAK missiyalarının həyata keçirilməsi ilə bağlı tərəfimizdən razılığın ifadə olunması, ümumiyyətlə Azərbaycanın hərbi əməliyyatların dayandırılmasından dərhal sonra humanitar sahədə atdığı addımlardan ətraflı şəkildə bəhs edib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. Lakin Ermənistan tərəfindən hələ də bu məsələlərdə qarşılığın verilmədiyi və beynəlxalq hüquqa zidd yanaşmanın nümayiş etdirildiyi təəssüflə vurğulanıb.



Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisini qəbul edib (FOTO) - Gallery Image Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisini qəbul edib (FOTO) - Gallery Image Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisini qəbul edib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?