Modern.az

Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu

Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu

3 Avqust 2021, 21:42

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxıb və ağaca çırpılıb, daha sonra yolun kənarında dayanan iki piyadanı vurub. Nəticədə sürücü 1995-ci il təvəllüdlü Əsədov Anar Gündüz oğlu və piyadalar - 1947-ci il təvəllüdlü Reyhan Qocayeva və 1991-ci il təvəllüdlü Maqsud Əliyev xəsarət alıblar. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir