Arxiv
4 Avqust 2021, 12:08 | HADİSƏ
Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır

15 may 2021-ci il tarixdə Bərqi Həsənğuli Novruz oğlunun digər İran İslam Respublikasının vətəndaşları Əbdi Rəsul Zöhrab oğlu, Ağayi Əllahbəxş Bağış oğlu, Həsənzadə Huşəng Curi oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncudan külli miqdarda narkotik vasitə və psixotrop maddələr hesab edilən ümumilikdə külli miqdar təşkil edən 3947.755 qram heroini, 930 qram olan külli miqdarda metamfetamini, ümumilikdə külli miqdar təşkil edən 8.34 qram metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2.157 qram olan narkotik vasitə tiryəki, habelə AK 74 markalı 2 ədəd odlu silahı və onun komplekt hissələri olan daraqları, çoxsaylı 7.62 və  5.45 mm-lik kalibrdə patronları və bir ədəd gecəgörmə cihazını əldə edib. 

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onlar bütün bunları daşımaqla, İrandan Azərbaycan Respublikasının Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açaraq həmin Xidmətin 2 hərbi qulluqçusunu qəsdən öldürmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

 

Cinayət hadisəsinin iştirakçılarından biri - İİR-nın vətəndaşı Bərqi Həsənğuli Cinayət Məcəlləsinin  120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, ( qabaqcadan əlbir olan bir qrup şəxs halında iki zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar  ümumi təhlükəli üsulla qəsdən öldürmə), 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, habelə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etmə və qaçaqmalçılıq yolu ilə keçirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədinin qanunsuz keçmə) maddələri  ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda İran vətəndaşı Bərqi Həsənğulinin yuxarıda qeyd edilən cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Rəsmi məlumata görə, istintaqın gedişi zamanı 19 may 2021-ci il saat 10:30 radələrində isə DİN-in Daxili Qoşunlarının və DSX-nin hərbi qulluqçularının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvü-İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonunun Zevin kəndi ərazisində gizləndiyi yer müəyyən edilərək silahlı müqavimət göstərən zaman zərərsizləşdirilib. Digər iki İran vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar qəbul edilməklə axtarışları elan olunub.

Hazırda həmin cinayətin digər iştirakçılarının müəyyən edilməsi və bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?