Modern.az

Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA

Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA

4 Avqust 2021, 12:32

Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili)  və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb. Ona hər hansı məzmunda ittiham verilməyib:

 

"Barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi