Modern.az

Məhkumun evindən narkotik götürüldü

Məhkumun evindən narkotik götürüldü

Aktual

4 Avqust 2021, 18:26

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.

 

Pentensiar Xidmətdən Modern.az-a verilən məlumata görə, əməliyyat nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Anar Qabil oğlu Xəlilovun Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır