Modern.az

Tokio-2020-də medal sıralaması

Tokio-2020-də medal sıralaması

5 Avqust 2021, 00:38

Tokio-2020 Yay Olimpiya Oyunlarının 13-cü günündə 85 ölkənin idmançıları medal qazanıblar.

 

Modern.az xəbər verir ki, medal siyahısına Çin liderlik edir. Bu ölkənin idmançıları 32 qızıl, 22 gümüş və 16 bürünc medal qazanıblar. İkinci pillədə 25 qızıl, 31 gümüş və 23 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 21 qızıl, 7 gümüş və 12 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

 

Böyük Britaniya 15 qızıl, 18 gümüş, 15 bürünc medalla dördüncü, Avstraliya isə 15 qızıl, 4 gümüş və 17 bürünc medalla beşincidir. Digər pillələrdə Rusiya Olimpiya Komitəsi (14-21-18), Almaniya (8-8-16), Fransa (6-10-9), İtaliya (6-9-15) və Niderland (6-8-9) qərarlaşıblar.

 

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də üç bürünc medal qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq