19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
5 Avqust 2021, 13:30 | DİASPOR
Diasporumuzun artan nüfuzu: Dünya erməniliyi gücsüzlüyünü etiraf edir – TƏHLİL

Azərbaycanın Qarabağ zəfəri Ermənistan hakimiyyəti ilə diaspor arasındakı uçurumu daha da dərinləşdirib. Dərin məyusluq və gücsüzlük yaşayan diaspor baş nazir Nikol Paşinyanı və ölkənin siyasi rəhbərliyin təqsirli bilir.

 

Özlərini məğlub xalqın nümayəndələri hesab edən diaspor üzvləri eyni zamanda Azərbaycan diasporunun artan gücünü, qələbənin onlara verdiyi mənəvi-psixoloji rahatlığı, tarixi qələbə ilə qürur duymalarını həzm edə bilmirlər.

 

Modern.az xatırladır ki, gücsüzlüyünü, zəifliyini və son 30 ildə Ermənstan hakimiyyəti tərəfindən vətənpərvərlik şüarları altında onlardan şəxsi ehtiyacları üçün yüzmilyonlarla dollar pul qopardıldığını anlayan erməni diasporunun içində Yerevan rəsmilərinə qarşı böyük aqressiya formalaşıb.

 

Təsadüfi deyil ki, 2020-ci il noyabrın 25-də erməni diasporunun bir çox strukturları – Daşnaksütyun partiyasının ABŞ, Suriya, Livan və Qərbi Avropadakı nümyəndəlikləri Paşinyanın istefa verməsini tələb etmişdi.

 

Xüsusən, Rusiyadakı erməni icması Paşinyana qarşı sərt çıxışlar edirdi. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Nikol Paşinyanı istefa verməyə səsləyirdi.

 

Qərb erməniləri isə istər infrastuktur obyektlərinin tikintisi üçün ianə toplanması zamanı yol verilən korrupsiya hallarına görə, istər Yerevan hakimiyyətinin sui-istifadə hallarına görə, istərsə də Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyanın icmalarla doğru əlaqə qurmadığını əsas problem olaraq görür.

 

Məhz diaspor siyasətindəki bu silsilə uğursuzluqlar Nikol Paşinyanı əsaslı islahatlara vadar etdi. Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Ancarqolyan iyulun 30-da baş nazirin göstərişi ilə vəzifəsindən azad olundu. Ancarqulyan Böyük Britaniyada doğulub, ABŞ-da yaşayan Ancarqolyan Kaliforniyanın Berkli Universitetində hüquq təhsili alıb, Los-Anceles şəhər prokurorunun müavini çalışıb. O 2012-ci ildə Ermənistana köçüb və ictimai fəaliyyətlə məşğul olub.

Sonuncu istefa hadisəsi Nikol Paşinyan hökuməti ilə diaspor arasında dərinləşən fikir ayrılığının əlaməti sayılır. Hazırda diaspor kommisarı səlahiyyətlərini icra edən və uzun illər ABŞ-da yaşamış Zare Sinanyanın da istefaya göndərilməsi gündəmə gəlib.

 

“Biz ermənilər hesdab edirik ki, Qərb yalnız Ermənistana yardım barədə düşünür. Nə vaxtsa Antantanın yardımına ümidli idik, əvəzində sıfır yarsım aldıq. Bu gün də Qərbə ümid olduq. Bu bizə yardım etdi?”-deyə Rusiyada yaşayan politoloq Karen Avdalyan bildirir. O, erməni diasporunun Ermənistana inamını itirdiyini əlavə edib.

 

Digər diaspor üzvü, Rusiya erməniləri arasında nüfuza malik politoloq Qraç Karapetyan isə Ermənistanın 30 illik qələbə eyforiyasına görə cəzalandırıldığını düşünür.

“Biz həmişə çığırırdıq ki, ən böyük nailiyyətimiz güclü ordu yaratmağımızdır. Və əgər sabah müharibə başlasa, toparlanaraq yenidən qələbəyə addımlayacayıq. Həddən artıq özünəinam bizə qarşı çox pis rol oynadı. Artıq Ermənistana qayıtmaq barədə düşünən diaspor üzvləri addımlarından imtina ediblər. Düşünürəm ki, baş verənlər Tanrının erməni xalqına günahlarına görə göndərdiyi cəzadır”-deyə politoloq fikrini tamalayıb.

 

Qocalan, deqradasiyaya uğrayan və tədricən öz identifikasiyasını itirən erməni diasporu fonunda son illər tam şəkildə formalaşmağa davam edən, gənc və dinamik inkişaf edən Azərbaycan diasporu səfərli şəkildə fərqlənir. Bu gün Azərbaycan diasporu Amerika, Asiya və Avropa kontinentlərində gücü artıaraq erməni diasporunun ənənəvi təsir dairəsini daraldır. Bu tendensiya isə dünya erməniliyi ilə yanaşı, Ermənistanın xarici havadarlarını da narahat edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda koronavirusa yoluxma AZALIB 19 Oktyabr 2021, 09:13 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16 Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO 18 Oktyabr 2021, 19:05 Son sutkada neçə nəfərə peyvənd vurulub? 18 Oktyabr 2021, 18:41 Daha 1245 yoluxma: 13 nəfər öldü 18 Oktyabr 2021, 18:38 Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub 18 Oktyabr 2021, 18:28 Azərbaycanın ixracı idxalı 700 milyon dollar ÜSTƏLƏYİR 18 Oktyabr 2021, 18:12 Xüsusi Təyinatlı Qüvvələrin təlimləri BAŞLADI 18 Oktyabr 2021, 18:00