Modern.az

“Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan

“Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan

5 Avqust 2021, 16:15

Millət vəkili, bəstəkar Novruz Aslan qızının toyunda karantin qaydalarının pozulması ilə bağlı iddialara münasibət bildirib.

 

N.Aslan Modern.az-a açıqlamasında iddiaların əsassız olduğunu deyib:

 

“Mən anlamıram ki, insanlar yalan xəbərləri necə yaya bilirlər. Qızımın toyunda 146 nəfər iştirak edib. Yayılan fotoların heç biri qızımın toyunda çəkilməyib.

 

Heç kim “Allah xoşbəxt etsin, yarıyanlardan olsun” demir, ancaq “baltalamaqla” məşğul olurlar. İnsanlardakı belə aqressiyanı, yalan xəbər yaymaq arzusunu anlaya bilmirəm”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə millət vəkili Novruz Aslanın qızının toyunda karantin qaydalarının pozulmasına dair xəbərlər və foto yayılıb.

 

Məsələyə Daxili İşlər Nazirliyi dərhal reaksiya verib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan foto sözügedən toyda çəkilməyib.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu