Modern.az

Azərbaycanda tələbə olmaq istəyənlərin sayı azaldı - STATİSTİKA  

Azərbaycanda tələbə olmaq istəyənlərin sayı azaldı - STATİSTİKA  

Təhsil

13 Avqust 2021, 14:11

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı 52 min 219 nəfər olub.

 

Modern.az-ın məlumatına görə, imtahan verən abituriyentlərdən 23 min 411 nəfəri oğlan, 28 min 808 nəfəri qızdır.

 

Ötən illə müqayisədə ali məktəblərə imtahan verənlərin sayında azalma müşahidə olunur.  Belə ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 84512 abituriyent ərizə vermişdi. Həmin vaxt sənəd verənlərin sayı 2019-cu illə müqayisədə 12673 nəfər çox olub.

 

2020-ci ildə ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 53.51%-ni (45221 nəfər) oğlanlar, 46.49%-ni (39291 nəfər) isə qızlar təşkil edib.

 

2021-ci ildə isə qızların ən çox maraq göstərdiyi istiqamət III ixtisas qrupu olub.  III ixtisas qrupuna imtahan verən 21035 abituriyentdən 5176 nəfər oğlan, 15859 nəfər qızdır.

 

Bu il keçirilən qəbul imtahanlarında oğlanların ən çox maraq göstərdiyi istiqamət II ixtisas qrupudur. Bu qrup üzrə imtahanlarda iştirak edən 16758 abituriyentin 10915 nəfəri oğlan, 5843 nəfəri qızdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!