Arxiv
18 Avqust 2021, 09:48 | HADİSƏ
Eldar Həsənovun məhkəmə işinə bu hakim BAXACAQ

Sabiq baş prokuror və eks-səfir Eldar Həsənov barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hansı hakimin baxacağı məlum olub.

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov bildirib. Vəkil deyib ki, sabiq baş prokuror və eks-səfirin işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev bir sıra qalmaqallı işlərə sədrlik edib. Məsələn, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesi onun rəhbərliyilə yekunlaşıb. Ə.Hacıyev Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarından ibarət terrorçu dəstənin işinə də baxan hakim kimi məşhurlaşıb.
Bundan başqa, "Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasov, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun məhkəmə işlərinə də o baxıb.

Xatırladaq ki, sabiq səfir E.Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı avqustun 16-da tamamlanıb.
 

Baş Prokurorluğun məlumatına görə, Eldar Həsənovun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. 

 

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55