19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
23 Avqust 2021, 12:12 | MƏDƏNİYYƏT
Xalq artistindən ETİRAZ: “Azərbaycan teatrları reanimasiyadadır” 

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb. Bu qərara etiraz edən teatr nümayəndələri COVİD pasportu ilə bir çox müəssisələrə giriş bərpa olunduğu halda, teatrlara belə imkan yaradılmamasını qınayıblar.

 

Əməkdar artist Sənubər İsgəndərlinin sosial şəbəkədə yazdığı “Əgər COVID-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?” fikri izləyicilərdən tam dəstək alıb.

 

Restoran və barlar işləyə bilirsə, teatrlar niyə açılmamalıdır?

 

Bu barədə Modern.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı da Operativ Qərargaha etirazını ifadə edib. Xalq artistinin fikrincə, koronavirus can almaqda davam etsə belə, biz bütün həyatımızı xəstəliyə təslim etməməliyik:

 

“Bir şeyi unuduruq ki, bəzi sahələr var, onların qadağası gələcəkdə ciddi problemlər yarada bilər. Bu gün kinoteatrlar, teatrlar işləmir, Azərbaycanda  uşaqlar Kukla teatrına getmirlər, orta məktəb şagirdləri Gənc Tamaşaçılar teatrına gedə bilmirlər. Biz teatr nümayəndələri, aktyorlar böyük bir nəslin mədəni tərbiyəsində yanında olmaqdan uzaqlaşdırılmışıq. Bunun nəticələri gələcəkdə heç də yaxşı olmayacaq. İstənilən vəziyyətdən çıxış yolu var. Bu gün restoranlar, barlar, kafelər tam şəkildə işləyə bilirsə, insanlar rahat gedib-gələ bilirlərsə, nədən teatrlarda müvafiq şəraiti yaratmayaq. Mənə elə gəlir ki, ilk növbədə bunda teatrların rəhbərləri maraqlı olmalıdır. Onlar maraqlı olsalar bir yolunu taparlar.

 

Məsələn, Akademik Milli Dram Teatrının tamaşaçı zalında 500 nəfərlik yer var. 100 nəfəri qəbul edə bilərlər, ara məsafəsi saxlamaqla, maskalardan istifadə etməklə, gigiyena qaydalarını gözləməklə tamaşalar təşkil edilə bilər. Teatrlara qadağa Azərbaycanda teatr mədəniyyətinin tədrici ölümünə aparıb çıxarır. Bunu düşünmək lazımdır. Bilmirəm, Operativ Qərargah üzvləri arasında bu sahəni bilən adamlar var, yoxsa yoxdur, amma insanlar təkcə fiziki xəstəliklərə tutulmurlar, mənəvi xəstəliklərə də yoluxurlar. Boşluq olanda nəticə etibarı ilə humanitar fəlakətə gətirib çıxara bilir”.

 

Nurəddin Mehdixanlı teatr və kinoteatrların dirçəlməsi üçün Mədəniyyət Nazirliyinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

 

“Nazirlik teatr rəhbərlərini toplayıb, çıxış yolu tapmalıdır. Mənim təklifim budur ki, az aktyor heyəti, az tamaşaçı, vaksin pasportu tələbilə tamaşaları təşkil edək. Azərbaycan teatrları reanimasiyadadır. Əgər biz teatrımızı bu vəziyyətdən çıxara bilməsək, geri dönməz vəziyyətlərə aparacaq. Mən tərəfdarıyam  ki, teatr rəhbərləri də Mədəniyyət Nazirliyi qarşısında çıxış etsinlər. Azərbaycanda vaksin vurduran, vaksin pasportu alan kifayət qədər insan var. Onlar bu şəkildə teatrlara gələ bilərlər”.

 

Xalq artisti əhalinin həssas təbəqələri, şəhid ailələri və övladları, şagird və tələbələr üçün tamaşaların təşkilini təklif edib:

 

“Orta məktəblər fəaliyyətdə deyil. Şagirdlər, gənclər təhsili belə onlayn şəkildə davam etdirirlər. Onları heç olmasa canlı sənətlə tanış etmək olar. Orta və ali məktəblərlə teatr rəhbərləri əlaqə saxlayıb, işlər qura bilərlər. Bu gün Azərbaycan dövləti teatrlarda çalışanların maaşını verir. Biz işləmirik, amma maaş alırıq. Hər bir teatr ən azından məktəb uşaqları üçün pulsuz tamaşalar təşkil edə bilər. Əsas odur proses başlasın. Sentyabrda başlamaq üçün müəyyən hazırlıqlar görülməlidir. Əlimizi, qolumuzu yanımıza salıb, “qadağandır” deyə oturub, gözləyə bilmərik. Azərbaycan teatrının 150 illik yaşı var. Bu sənəti yaşatmaq bizim və hər kəsin borcudur. Bizim indi qazanmaq vaxtımızdır, itirmək deyil. Niyə hər bir teatr şəhid ailələrini, şəhid övladlarını tamaşaya dəvət edə bilmir? Hər bir şəhidin xatirə gecəsini keçirib, ailəsini çağırmaq, müxtəlif monoloqlar, təqdimatlar keçirmək olar. Könül istərsə, hər şey mümkündür. Teatr rəhbərləri rahatdır, heç kim gəlmir, boş oturublar, sual verən yoxdur, cavab vermək məcburiyyətində deyillər... – belə olmaz”.

 

Aktyorların bir araya gələrək, Opetativ Qərargaha rəsmi şəkildə müraciət edib-etməyəcəyinə gəlincə, Nurəddin Mehdixanlı buna ehtiyac olmadığını söyləyib:

 

“Azərbaycanda bu sahə ilə bağlı kifayət qədər dövlət strukturları var. Dövlətin büdcəsindən maaş alırlar, yaşayıb, dolanırlar. Aktyorların müraciət, məktub ünvanlanmasına ehtiyac yoxdur. Sadəcə olaraq hər kəs öz yerindən öz işini görməlidir. Sözdə deyil, əməlində hərəkəti ilə bu dövlətin, bu ölkənin yanında olduğunu göstərməlidir. Teatr rəhbərləri bu sahəyə diqqət edib, sentyabr ayından öz fəaliyyətlərində dönüş yaratsınlar. İstəsələr edə bilərlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20