Modern.az

2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək

2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək

Dünya

Bu gün, 08:57

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsində 1 yanvar 2015-ci ildən sonra doğulan şəxslərə tütün məhsullarının satışının ömürlük qadağan edilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə açıqlamasında tütünlə mübarizə üzrə mütəxəssis Toker Ergüder danışıb. Onun sözlərinə görə, layihədə həmin şəxslərin tütün məhsullarından istifadəsinin qadağan olunması da təklif edilir. 

Layihədə siqaret qutularının standartlaşdırılması və “slim” adlanan nazik siqaretlərin satışdan çıxarılması da nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı - Xəbəriniz Var?