Modern.az

Qazaxda ağacları kəsən şəxs cəzalandırıldı

Qazaxda ağacları kəsən şəxs cəzalandırıldı

25 Avqust 2021, 13:15

Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Xidmət rəsmisi Ramal Bağırov Modern.az-a bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov tərəfindən kəsildiyi müəyyən edilib.

 

“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimələnib”, - R.Bağırov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu