Modern.az

Əli Həsənov sərhəddə saxlanılıb? - AÇIQLAMA

Əli Həsənov sərhəddə saxlanılıb? - AÇIQLAMA

26 Avqust 2021, 17:42

Sosial şəbəkələrdə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ölkədən çıxmaq istəyərkən geri qaytarıldığı barədə məlumatlar yayılıb. 

 

Modern.az xəbər verir ki, “Qaynarinfo” xəbəri dəqiqləşdirmək üçün Əli Həsənovun özü ilə əlaqə saxlayıb. Prezidentin keçmiş köməkçisi məlumatın əsassız olduğunu bildirib. Qeyd edib ki, ölkədən çıxmaq kimi bir niyyəti olmayıb. 

 

"Belə bir hadisə olmayıb. Ölkədən çıxmamışam, çıxmağa cəhd etməmişəm. Deyilənlər doğru deyil”, - deyə Əli Həsənov vurğulayıb.

 

Prezidenti keçmiş köməkçisi həmçinin şantaj məsələsinə münasibət bildirib: "Bununla əlaqədar orqanlar məşğul olur. Ona görə də əlavə şərh vermək istəmirəm. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Əli Həsənov şantaj olunduğu barədə açıqlama yaymışdı. O, özünün Tvitter səhifəsində yazıb ki, nə vaxtsa tualetdə çəkilmiş şəkillərlə bağlı təhdid dolu məktub alıb: "Bütün bunlar bəzi erotik videolarla müşayiət olunur".

 

O, çəkilmiş şəkillərin müəllifinin kim olduğunu və onu təhdid edənlərin hansı məqsəd güddüyünü bilmir. Ə.Həsənov təhdidlərin nədən ibarət olduğunu açıqlamayıb və qeyd edib ki, səlahiyyətli orqanlar bununla məşğul olur. 


Yeri gəlmişkən, bu günlərdə KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin 18 milyon manatdan çox vəsaiti oğurlaması ilə bağlı Əli Həsənovun və  ailəsinin məhkəməyə çağırılması məsələsi qaldırılıb.



Əli Həsənov 1995-ci ildə Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin olunub. 2015-ci ildən isə şöbə müdiri vəzifəsi saxlanılmaqla Prezidentin köməkçisi postuna təyinat alıb. 2019-cu ildə isə hər iki vəzifəsini itirib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?