Modern.az

“Azəriqaz”ın növbəti \"Açıq Mikrofon\" aksiyası keçirildi

“Azəriqaz”ın növbəti \

27 Avqust 2021, 16:41

“Azəriqaz” İstehsalat Birliyinin sayca 8-ci “Açıq mikrofon” aksiyası İsmayıllı rayonunun Enişdibi kəndində baş tutub.

 

“Azəriqaz” İB-dən Modern.az-a verilən məlumata görə, tədbirdə Birliyin baş direktoru Ruslan Əliyev, “Azəriqaz” İB yanında yaradılan İctimai Şuranın sədri Xəyal Bəşirov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edərək sakinlərin qayğıları ilə maraqlanıblar. “Səyyar qəbul otağı”na üz tutan vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək öz problem və təkliflərini səsləndiriblər.

 

Baş direktor Ruslan Əliyev yerində bütün şikayətlərə reaksiya verərək kəndin qazlaşdırılması ilə bağlı göstərişlərini verib. Qeyd edək ki, bu aksiya artıq 5-ci dəfədir ki, regionlarda təşkil olunur. Bir yerdə olaq, problemsiz olaq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub