Modern.az

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşdü

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşdü

Hadisə

29 Avqust 2021, 16:48

Daşkəsən sakini minaya düşüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.

 

1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.

 

Ş. Tağıyev xəstəxanaya yerləşdirilib, sağ ayağı topuqdan amputasiya edilib.

 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır