Modern.az

Çörəkbişirmə sexində partlayış - 1 nəfər öldü

Çörəkbişirmə sexində partlayış - 1 nəfər öldü

Hadisə

30 Avqust 2021, 10:02

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində partlayış baş verməsi nəticəsində 1 nəfər şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Şirvan şəhər prokurorluğunedan Modern.az-a verilən məlumata görə, qeyd edilən sexdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində sexin yaxınlığında quraşdırılmış, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəyib. Sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. 

 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə  cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir