Modern.az

Ər-arvad peyvənd olunmaq üçün poliklinikanın şüşəsini SINDIRDI

Ər-arvad peyvənd olunmaq üçün poliklinikanın şüşəsini SINDIRDI

Hadisə

1 Sentyabr 2021, 11:54

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

 

"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib. (Report.az)

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı