Modern.az

Məktəbəhazırlıq qruplarının tədris planı TƏSDİQLƏNDİ

Məktəbəhazırlıq qruplarının tədris planı TƏSDİQLƏNDİ

2 Sentyabr 2021, 16:00

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Firudin Qurbanov əmr imzalayıb.

 

Tədris planına əsasən, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may.

 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: payız tətili: 16-20 noyabr (5 gün); qış tətili: 27-31 yanvar (5 gün); əlavə tətil: 1-5 may (5 gün).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?