28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
9 Sentyabr 2021, 15:07 | PARLAMENT
Spiker Vyanada terrorizmlə mübarizədən danışdı

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 9-da Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammitində çıxış edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, spiker çıxışında 11 sentyabr hadisələrindən sonra terrorizmin qarşısının alınmasının və onunla mübarizənin dövlətlərin  gündəliyində dayanan ən vacib məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb.

 

Bildirib ki, beynəlxalq ictimaiyyət hazırkı mərhələdə təhlükəsizliyə təhdid və əsas insan hüquqlarının kobud surətdə pozulması olan terrorizmlə mübarizəyə paralel olaraq, BMT çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlərdə effektiv antiterror tədbirlərinin əsas elementlərdən biri kimi qəbul edilmiş terror qurbanlarının hüquqlarını tam nəzərə almalıdır. Sahibə Qafarova dünyada terror qurbanlarına və onların ailələrinə lazımi dəstəyin göstərilməsinin vacibliyini söyləyərək əlavə edib ki, parlamentlər terror qurbanlarına mümkün olan ən böyük yardım və dəstəyin göstərilməsi üçün təsirli mexanizmlərin formalaşmasında əsas rol oynayaraq, bu məsələnin həllində hökumət, vətəndaş cəmiyyəti təşkilatları, media və özəl sektor arasında əməkdaşlığı yaradan inklüziv qanunlar hazırlamalıdır. Terror qurbanlarına dəstəklə bağlı müvafiq qanun və qaydalar BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasında və Terror Qurbanlarına Yardım üzrə Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsinə dair Qətnaməsində təsbit edilmiş prinsip və öhdəlikləri özündə əks etdirməlidir.

 

Milli Məclisin sədri heç bir ölkənin terror təhlükəsindən sığortalanmadığını nəzərə alaraq, bütün dövlətlər tərəfindən terror qurbanlarına dəstək üçün müvafiq hüquqi və institusional tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

 

Azərbaycanın xarici döyüşçü terrorçular, terrorizmin maliyyələşdirilməsi, terrorizm, zorakı separatizm, ekstremizm və digər qanunsuz fəaliyyətlər arasındakı əlaqənin aradan qaldırılması da daxil olmaqla, bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizədə ardıcıl dəstək göstərdiyini xatırladan Sahibə Qafarova vurğulayıb ki, ötən il 44 günlük müharibə Ermənistanın Azərbaycana qarşı fəal şəkildə istifadə etdiyi zorakı separatizm, terrorizm və ekstremizm arasındakı əlaqəni açıq şəkildə göstərdi.

 

Spiker diqqətə çatdırıb ki, Azərbaycana qarşı törədilən terror aktlarının qurbanları ilə bağlı xüsusi şərtlər nəzərə alınmaqla, ölkəmizdə terror qurbanlarının ehtiyaclarını qarşılamaq üçün geniş və davamlı dövlət və qeyri-hökumət yardımları mövcuddur. Azərbaycanın bu sahədəki siyasəti terror qurbanlarının və onların ailələrinin həyatlarının sürətlə normallaşmasına yönəlib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb 28 Sentyabr 2021, 20:59 “Revanşizm səylərindən vaz keçmək üçün onlara xəbərdarlıq etmək vaxtıdır” – İlham Əliyev 28 Sentyabr 2021, 20:41 Orduda müharibənin ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO 28 Sentyabr 2021, 20:28 İlham Əliyev XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05
SORĞU Hansı vaksinə etibar edirsiniz?