28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
10 Sentyabr 2021, 13:05 | MƏDƏNİYYƏT
Şuşanın loqosu hazırlanacaq - müsabiqə elan edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi loqotip dizaynı müsabiqəsi elan edir.


İdarədən Modern.az-a verilən məlumata görə, müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər.

Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdırlar.


Müsabiqə şərtləri aşağıdakılardır:

- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər.

- Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir.

- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.

- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir.

- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər.

- Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədər [email protected] ünvanına göndərilməlidir.

- Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.


Qalib loqotip dizaynının müəllifləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq I yer üçün 3000 AZN, II yer (laureat) üçün 2000 AZN, III yer (laureat) üçün 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər. Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək.

Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər. Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yekun dəyişikliklər etmək hüququ var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Şuşada Mehmandarovların malikanəsində təmir-bərpa işləri aparılır 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00 “ASAN Xidmət” işçilərinin say artırıldı 28 Sentyabr 2021, 16:55 Universitetdə Vətən müharibəsi qazilərilə GÖRÜŞ 28 Sentyabr 2021, 16:50 Samarada Anım Günü tədbiri təşkil edilib 28 Sentyabr 2021, 16:45
SORĞU Hansı vaksinə etibar edirsiniz?