Arxiv
15 Sentyabr 2021, 09:32 | AKTUAL
Vüqar Səfərli xanımının qəzetinə ayrılan 300 mindən DANIŞDI

Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.

 

İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib: “Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər “Altun” və “Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib”.

 

KİVDF tərəfindən 2017-2018-ci illərdə 103 min manata yaxın dəftərxana ləvazimatlarının alınması ilə bağlı (dəri çanta, bloknot, kitab təqvim, asma təqvim, stolüstü təqvim, qələm və s.) rəsmiləşmənin saxta olması ittihamlarını da qəbul etməyən V.Səfərli ləvazimatların media nümayəndələrinə paylanıldığını, həmin məbləğin jurnalistlərə xərcləndiyini deyib: 

 

“Həmin ləvazimatlar həqiqətən alınıb və müxtəlif mətbuat işçilərinə verilib. Ancaq həmin ləvazimatların paylanılması ilə bağlı rəsmi sənədlər tərtib olunmayıb. Ləvazimatların eyni gündə mühasib tərəfindən qəbul edilib xərcə silinməsi qanun pozuntusudur”.

 

Vüqar Səfərlinin mənimsəmə əməlləri ilə bağlı daha bir şübhəli məqam həyat yoldaşının adına olan “Futbol+Qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat dövlət dəstəyinin ayrılması olub. O, bu faktla bağlı maliyyə yardımının digər qəzetlərə ayrıldığı kimi eyni qaydada aparıldığını bildirib: 

 

“Həqiqətən qəzetin təsisçisi həyat yoldaşım olub. Həmin qəzet Fond yaradılmamışdan qabaq da fəaliyyət göstərib. Qəzetə ayrılan yardım Fondun tələblərinə uyğun verilib. Qəzet də məbləği öz fəaliyyətinə xərcləyib”.

 

Qeyd edək ki, Vüqar Səfərli dövlətə məxsus 18,5 milyon manatı mənimsəməkdə təqsirli bilinir. Eyni zamanda onun vəzifə saxtakarlığı və cinayət yolu ilə 5,7 milyon manat mənimsədiyinə dair əsaslı şübhələr müəyyən edilib.

 

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi ödənilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Daha bir partiya dövlət qeydiyyatına alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08 Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO 21 Oktyabr 2021, 16:02 Bu şəxslər dövlət rüsumu ÖDƏMƏYƏCƏK 21 Oktyabr 2021, 15:56 Vitse-spikerin məqaləsi Qazaxıstan MƏTBUATINDA 21 Oktyabr 2021, 15:50 Lirə dollara qarşı minimuma düşdü 21 Oktyabr 2021, 15:45 Şəhid ailələrinə üstünlük veriləcək - Prezident qanunu təsdiqlədi 21 Oktyabr 2021, 15:40 Avropanın gənc liderləri Azərbaycanda toplaşacaqlar 21 Oktyabr 2021, 15:35 Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb - FOTO 21 Oktyabr 2021, 15:30 Meyxanaçı narkotiklə tutuldu - VİDEO 21 Oktyabr 2021, 15:24