28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
15 Sentyabr 2021, 11:57 | ZƏNGƏZUR
Qarabağ müharibəsi vaxtı Ermənistana ən böyük yardım İrandan gəlirdi - Ermənilər təşvişdə

Ermənistana məxsus Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan tərəfi sentyabrın 12-dən həmin ərazidə postlar quraraq, İrandan Ermənistana gedən yük maşınlarını yoxlamağa başlayıb.

Sovet dövrünün xəritələrinə görə, sözügedən ərazi - Gorus-Qafan yolunun 21 kilometrlik hissəi Azərbaycanın Zəngilan və Qubadlı rayonlarına aiddir.


Modern.az-ın məlumatına görə, erməni ekspertlər həyəcanla bildiriblər ki, Gorus-Qafan yolununun Azərbaycanın nəzarətində olan hissəsində yaranmış vəziyyət Ermənistan üçün çox ciddi logistik problemlər yaradır.

“Azadlıq” radiosunun erməni xidmətinin xatırladır ki, Qarabağ müharibəsi vaxtı Ermənistana ən böyük yardım İrandan gəlirdi.

Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Armen Manvelyan bildirib ki, Birinci Qarabağ Müharibəsindən sonra Gorus-Qafan yolu Ermənistanın ən mühüm yollarından birinə çevrilmişdi. Çünki müharbə vaxtı Ermənistana ən böyük kömək məhz İrandan gəlirdi.


Manvelyan vurğulayıb ki, İranla əlaqə Ermənistan üçün enerji təhlükəsizliyi baxımından mühümdür.


Ekspert qeyd edib ki, Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Onun sözlərinə görə, bir vaxtlar bura dəmir yolunun çəkilməsindən danışırdılar, amma indi bütün bunlar təhlükə altındadır:


“Hər il İran-Ermənistan sərhədini 25 min avtomobil keçir. Bu bizə həm də maliyyə baxımından əlverişlidir, çünki onlar bizə kifayət qədər böyük pullar ödəyirlər. Bu, böyük məbləğdə gəlir gətirir. İndi biz bütün bunlarla, böyük pullarla, bu vasitələrlə əlaqəmizi itirimişik”.


Radionun erməni xidmətinin məlumatına görə, Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır.


İqtisadçı Suren Parsayanın sözlərinə görə Ermənistanın qonşu ölkə ilə ticarət mübadiləsi ilə 400 milyon dollar təşkil edir:


“Bu dövriyyənin 18 faizini əslində yollarla bağlı olmayan təbii qaz təşkil edir. Amma qalan malların dövriyyəsi avtomobil yollarından birbaşa asılıdır. Və əgər bu yol fasiləsiz olaraq işləməsə, malların 80 faizi Ermənistana ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq”.


İqtisadçı qeyd edir ki, İrandan Ermənistana habelə Asiyadan gələn mallar daşınır. Parsayanın sözlərinə görə, məhz bu səbəbdən yeni yolun çəkilməsinin alternativi yoxdur.


“Məsələn, Sisian-Aqarak yolunun tikilməsi yeganə və uzunmüddətli alternativ ola bilər. Bu yol Sünikin içərilərindən keçər və şübhəli, həm də təhlükəli situasiyalardan uzaq olardı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12
SORĞU Hansı vaksinə etibar edirsiniz?