Modern.az

“İran gizli şəkildə Ermənistana dəstək verir” – Türkiyəli ekspert

“İran gizli şəkildə Ermənistana dəstək verir” – Türkiyəli ekspert

15 Sentyabr 2021, 13:06

“Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının Bakıda keçirilən "Üç Qardaş- 2021" adlı birgə təlimi təkcə qonşu İranın deyil, bütün dünyanın gündəminə çevrilib”.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

 

Onun fikrincə, birgə təlimdə iştirak edən hərbçilərin ayaq səsləri bütün dünyada geniş əks-səda doğurub:

 

“Üç qardaş ölkənin xüsusi bölmələrinin Can Azərbaycanda keçirdiyi təlimlər tam sürətlə davam edir. Keçmişdən bu günə qədər bir millət, iki dövlət şüarı ilə davam edən Türkiyə-Azərbaycan qardaşlığına tarixi və mədəni köklərə sahib olan Pakistanın iştirakı güc qatdı. Bu gücün təsiri təkcə Qafqazla məhdudlaşmır.

 

Orta Asiyadan Yaxın Şərqə, oradan Avropaya və hətta digər ölkələrə çatacaq bir təsir yaratmağa başlanılıb. Bu təsirdən Ermənistan narahat olsa da, ilk rəsmi reaksiya nədənsə İranda gəldi. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bununla bağlı açıqlama verdi”.

 

Türkiyəli ekspert hərbi təlimlərlə bağlı İranın rəsmi mövqeyini tənqid edərək deyib:

 

“Əlbəttə, bu, min ildən artıqdır qonşumuz olan İrana yaraşan bəyanat deyildi. Əslində İranın reaksiyası bizə təəccüblü olmamalıdır. Çünki İran Azərbaycan ərazisi olan Qarabağ bölgəsinin işğalını izlədi. Hətta məlumdur ki, gizli mənbələr vasitəsilə Ermənistana dəstək verir. Bu səbəbdən Tehranın bugünkü vəziyyəti daha mürəkkəbdir, ona görə də belə mövqe təəccüblü deyil. Əslində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, miqyaslarına və vaxtlarına görə daha çox maraq doğursa da, sürpriz bir inkişaf deyil. 100 il əvvəl başlayan birgə məşqlər 2000 ci ildən etibarən daha çox təşkil olunmağa başlanıb. Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlər və ümumiyyətlə, Türkiyə-Azərbaycan hərbi əlaqələri, bəzilərinin ifadə etdiyi kimi bölgədəki vəziyyəti gərginləşdirən addımlar deyil.

 

Əksinə, 1990 -cı illərin əvvəllərində olduğu kimi, ölkənin ərazi bütövlüyünün pozulmasının qarşısını alır. Nəticə olaraq, qardaşlıq, ortaq tarix və emosional bağlar Türkiyə-Azərbaycan münasibətlərində həmişə ön planda olub. Bununla belə, hər bir təlimin iki ölkə üçün xüsusi strateji əhəmiyyətə malik olduğu danılmazdır. Bu səbəbdən birgə təlimlərin digər ölkələr üçün nə gətirdiyinə diqqət yetirməliyik.  Ölkələrin dediklərinə deyil, Azərbaycan və Türkiyəyə necə xeyir verəcək, onu düşünmək lazımdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır