Arxiv
15 Sentyabr 2021, 17:05 | ANALİTİKA
Türk Dövlətləri Birliyi: yeni regional güc yaranır - TƏHLİL

Türk Şurası Türk Dövlətləri Birliyi olaraq beynəlxalq təşkilata çevrilir: gələn ay Ankara Zirvəsində məsələ həll ediləcək və Türkmənistan tamhüquqlu üzv olacaq; beləliklə, 6 ölkənin tam hüquqlu olduğu TDB yaradılacaq; 15 ölkənin müşahidəçi üzv olacağı gözlənilir;


Türk Şurasının adının dəyişdirilməsi və beynəlxalq təşkilata çevrilməsinin strateji hədəfləri var:


Birincisi, Çindən Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ölkələri bir çətir altına toplamaq və dəhlizin təhlükəsizliyini təmin etmək;


İkincisi, post-sovet məkanında “rus ittifaq”larına alternativ yaratmaq;


Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı.


Mərkəzi Asiya üzərindən Azərbaycana, burada Türkiyəyə və Avropaya uzanan Orta dəhlizdə Ankara yeni regional gücə çevrilir: TDB bu coğrafiyadakı ölkələri birləşdirən çətir olacaq;

Təşkilatın beynəlxalq status alması hədəflənsə də adın Türk Dövləti Birliyi olaraq seçilməsi səbəbsiz deyil:

- Rusiyanın faktiki liderlik etdiyi Müstəqil Dövlətlər Birliyinə alternativ yaradılır və MDB arxa plana keçir;

- “Rus ittifaqları”nda yer alan türkdilli ölkələr Moskvanın qarşısında alternativ güc əldə edirlər və bu, həm onların, həm də Ankaranın siyasi manevrləri üçün əhəmiyyətlidir;

- Türkiyə Cənubi Qafqazda olduğu kimi Mərkəzi Asiyada da Rusiya ilə əməkdaşlıqda maraqlıdır, lakin rusları hesablaşmağa məcbur etmək üçün güc balansı tarazlaşdırılmalıdır: TDB buna imkan verəcək;

- Rusiya iki seçim arasındadır: birincisi, Çinə qarşı ABŞ-la əməkdaşlıq etmək (Çinin SSRİ-yə qarşı strategiyasının təkrarlanması); ikincisi, post-sovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmaq; ruslar hər iki seçimə “stavka” edir, hərçənd, türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür;

- TDB Turan ideologiyasının yeni formasiyada təzahürüdür: heç bir ölkəyə qarşı deyil, əksinə bütün tərəflərlə əməkdaşlıqda maraqlıdır;

Türkiyə TDB ilə türk dövlətlərini bir çatı altında toplamaqla yanaşı, təşkilatı beynəlxalq statusa yüksəltmək niyyətindədir və bununla iki hədəfə nail ola bilər:

  • 1. “Dünya beşdən böyükdür” strategiyasında əli güclənəcək: Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasına, yaxud qərarların qəbulunda üzv ölkələrin səsinin də həlledici olması istiqamətində mövqeyini davam etdirəcək; beynəlxalq platformalarda həlledici oyunçuya çevriləcək;

  • 2. Türkdilli olmayan ölkələrin TDB-yə müşahidəçi üzvlüyünə yol açılır: Macarıstan artıq presedentdir və müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil;

  • TDB yaradıldıqdan sonra mümkün gözləntilər:

  • a) TDB-nin tamhüquqlu üzvləri arasında Şuşa Bəyannaməsinə bənzər (hərbi müttəfiqlik indiki dövrdə istisna olsa da) müqavilə imzalana bilər;

  • b) Hərbi sahədə ikitərəfli əməkdaşlıqlar daha da artacaq, xüsusilə hərbi sənaye sahəsində;

  • c) TDB-nin ortaq hərbi sənaye mərkəzinin Bakı olacağı istisna deyil: Azərbaycanda PUA sahəsində birgə istehsal müəssisəsinin yaradıla biləcəyi gözlənilir;

  • ç) Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışı üçün Transxəzər layihəsi aktuallaşa bilər: Türkiyənin Azərbaycanla Xəzərdə birgə təlimi təsadüfi deyildi; növbəti təlimlərin digər türkdilli ölkələrlə birlikdə olması da istisna deyil;

  • d) TDB post-sovet məkanında münaqişələrin həllində vasitəçilik platformasına da çevrilə bilər;

  • Proseslər geosiyasi mənzərədə həlledici ola biləcək yeni regional gücün formalaşdığı yönündədir: Bakı bu gücün mərkəzindədir.


    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40