Arxiv
15 Sentyabr 2021, 21:06 | AKTUAL
Bahar Muradova Dünya Bankının rəsmisi ilə görüşüb - FOTOLAR

Dövlət Komitəsinin sədri Bahar Muradova Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, 15 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşü keçirilib.

 

Qonaqları salamlayan Bahar Muradova, xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Dünya Bankı arasındakı əlaqələrin tarixinin 90-cı illərə dayandığını bildirən sədr onu da vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibə şəraitində yaşadığı bir dövrdə əməkdaşlıq etdiyi ilk beynəlxalq təşkilatlardan biri də məhz Dünya Bankı idi.

 

Sədr bildirib ki, beynəlxalq iqtisadi əlaqələrin güclənməsində, bank sisteminin və sosial infrasutrukturun təkmilləşməsində, vətəndaşların bu prosesdə əlçatanlığının təmin olunmasında, məşğulluq və gender bərabərliyi sahələrində araşdırmaların həyata keçirilməsində Dünya Bankı ilə əməkdaşlığın rolu böyükdür.

 

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri haqqında danışan Bahar Muradova ailələrin, qadınların, uşaqların, xüsusilə həssas təbəqədən olan insanların və onların sosial hüquqlarının qorunması, bu istiqamətdə görülən işlər və gələcək layihələr haqqında məlumat verib. O, qeyd edib ki, bu gün işğaldan azad olunan əraziləri dirçəltmək, inkişaf etdirmək, qaçqın və məcburi-köçkünlərimizi öz yurd-yuvasına qaytarmaq qarşımızda dayanan əsas vəzifələrdən biridir. O, Dünya Bankı ilə işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək irimiqyaslı sosial və humanitar layihələrin yaxın tərəfdaşı olmaqdan məmnunluq duyacağını əlavə edib.

 

Daha sonra çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl səmimi qəbula görə təşəkkürünü bildirib. Növbəti il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını qeyd edən xanım S. Maykl ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

 

Azərbaycandakı fəaliyyətlərinin bütün dövrü ərzində məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələri dəstəklədiklərini diqqətə çatdıran qonaq, bundan sonra da aidiyyatı üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını ifadə edib. “Mən əminəm ki, bundan sonrakı dövrdə də həm idarəetmədə təmsil olunan, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların inkluzivliyini dəstəkləmək  üçün daha çox iş görə bilərik”.

 

Görüşdə qadınların ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, iqtisadi cəhətdən gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirələr olunub.

 

Qeyd edək ki, görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, mətbuat katibi Teymur Məmmədov, Dünya Bankının əməliyyat üzrə baş mütəxəssisi Səidə Bağırlı da iştirak edib.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev BMT-nin sessiyasında çıxış etdi - Tam mətn 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24
SORĞU Hansı vaksinə etibar edirsiniz?