Modern.az

Koronavirusun sağaldıqdan sonra izi qalan daha bir fəsadı

Koronavirusun sağaldıqdan sonra izi qalan daha bir fəsadı

Aktual

16 Sentyabr 2021, 08:33

Koronavirus keçirməyənlərlə müqayisədə xəstəliyi keçirənlərdə ürək əzələsi iltihabı 37 dəfə çox müəyyən edilib. 

 

Modern.az xəbər verir ki, Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümit Savaşçı bunun çox ciddi göstərici olduğunu deyib.

 

Onun sözlərinə görə, peyvənd olunmaq ürək əzələsi iltihabından daha çox qoruyacaq.

 

Həkim qeyd edib ki, peyvənd vurduranlar ürəklə bağlı narahatlıq keçirməsinlər.

 

O vurğulayıb ki, insanda bəzi xroniki xəstəliklər, bədəndə çox laxtalanma riski varsa, bu şəxslər həkim tövsiyələrinə daha çox riayət edərək qan durulaşdırıcılar qəbul edirlərsə, bu dövrdə mütləq qəbul etdikləri dərmanlara diqqət yetirməlidirlər. (Oxu.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır