Arxiv
16 Sentyabr 2021, 09:36 | AKTUAL
Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər əslində kimlərdir...

Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan tərəfi sentyabrın 12-dən həmin ərazidə post quraraq, İrandan Ermənistana gedən yük maşınlarını yoxlamağa başlayıb. Həmin postun Ermənistanın Voratan kəndi yaxınlığında - Azərbaycanın Qubadlı rayonunun Eyvazlı ərazisində yerləşdiriyi bildirilir. Bu yoxlamalar İranın Qarabağa qanunsuz yük daşımasına Azərbaycanın adekvat cavabdır.

 

Rəsmi Bakı dəfələrlə məsələni diplomatik kanallarla Tehranın diqqətinə çatdırsa da, qarşı tərəfin buna laqeyd yanaşması praktiki addımları aktuallaşdırıb.

 

Son günlər Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə olunan İran maşınlarından tranzit haqqı alınır.


Ermənistan mətbuatının yaydığı məlumata əsasən, Azərbaycanın Gorus-Qafan yolunda tətbiq etdiyi yoxlamalardan sonra İrandan Ermənistana yük və neft məhsulları daşıyan TIR-lar problemlə üzləşib. Çox sayda ağır yük maşınlarının Gorus- Qafan yolunda ilişib qaldığı deyilir.

 

 

Bu yaxınlarda “Azadlıq” radiosunun erməni redaksiyası Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərlə danışıb. Onlar bildiriblər ki, gömrük tariflərini ödəməklə bağlı çətin vəziyyətə düşüblər.

 

Sürücülərdən biri deyib ki, onlar Ermənistan ərazisinə keçərkən bu ölkəyə torpaqbasdı ödəyiblər. Amma Azərbaycana da bunun ödənməli olduğundan xəbərsiz olublar. İrandan Ermənistana yanacaq və neft məhsulları daşıyan TIR sürücüləri Azərbaycan tərəfinin tələb etdiyi gömrük rüsumuna etiraz ediblər.

 

İrandan Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan sürücülərin azərbaycanca danışması diqqət çəkib. Bu məsələ artıq sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəziləri həmin sürücülərin İranda məskunlaşan azərbaycanlılar olduğunu düşünür. Lakin onların İranda yaşayan ermənilər olması varinatı da istisna deyil. Hətta belə fikirlər səsləndirilir ki, azərbaycanca danışan ermənilər bununla Güneydəki soydaşlarımızla Azərbaycan xalqı arasında nifaq yaratmağı qarşılarına məqsəd qoyublar. Əlbəttə, hazırki həssas dönəmdə ermənilərdən bu cür təxribatçı addımı gözləmək olar və bu versiyanı araşdırmaq daha məqsədəuyğundur.

 

 

 

İran üzrə ekspert Sədrəddin Soltan Modern.az-a açıqlamasında bildirib ki, həmin sürücülər İran vətəndaşıdır və sürücü kimi çalışdığı qurumun tapşırdığı vəzifəni icra edir. 

 

S.Soltan vurğulayıb ki, biz İran vətəndaşı olan Güney Azərbaycan sakinlərindən bu məsələdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini istəyirik:

 

“İstəyimiz odur ki, Azərbaycanın ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşılsın. Azərbaycan ərazisindən qanunsuz keçmək yolverilməzdir. Ermənistan Baş naziri Nikol Paşinyan da bunu açıq şəkildə etiraf edib. Paşinyan bildirib ki, Gorus-Qafan avtomobil yolundan Ermənistanın istifadə etməsilə ilə bağlı razılıq əldə olunub. Amma bu razılaşmada xarici ölkələrin yük daşımaq üçün buradan tranzit kimi istifadə etməsi nəzərdə tutulmayıb. Azərbaycan da nəzərdə tutulmayan bu məsələni əsas götürərək, İrana aid avtomobillərin yüklərini və sürücülərin sənədlərini yoxlayır. İrana məxsus yük avtomobillərinin yoxlanılmasında heç bir qanunsuz əməl yoxdur. Ermənistanın təqdim etdiyi video Azərbaycan üçün nəzərdə tutulduğundan daha çox Azərbaycan dilini bilən sürücüləri danışdırıblar”.

 

 

 

Xatırladaq ki, Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  iranlı sürücülərin saxlanıldığı barədə məlumatı təsdiqləyib. DİN rəsmisi qeyd edib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34