Modern.az

Hökumət Tural Abbaslıya təzminat ödəyəcək

Hökumət Tural Abbaslıya təzminat ödəyəcək

16 Sentyabr 2021, 14:02

Sentyabrın 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edib.



Modern.az xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağalı bildirib.



Onun sözlərinə görə, AHİM Azərbaycana qarşı baxılacaq şikayətlərin siyahısından Tural Feyruz oğlu Abbaslının işi üzrə ərizənin çıxarılmasına qərar verib:

 

“Tural Abbaslının Azərbaycana qarşı işi ərizəçinin inzibati qaydada cəzalandırlması ilə bağlı idi. Ərizəçi 2012-ci ildə daha əvvəlki inzibati tənbeh tədbirinə əməl etmədiyinə görə, inzibati qaydada daha sərt cəzalandırılmışdı – ona 15 sutka həbs cəzası verilmişdi. Ərizəçi barəsindəki məhkəmə prosedurlarının ədalətsizliyindən şikayət edirdi, Konvensiyanın 6-cı maddəsinə söykənərək, iddia edirdi ki, istədiyi vəkilə çatımının təmin edilməməsi, barəsindəki məhkəmə qərarlarının əsaslandırlmaması ilə ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verib”.

 

Hüquqşünas deyib ki, ərizənin araşdırılması zamanı tərəflər AİHM-ə dostca anlaşma ilə bağlı bəyannamələr təqdim ediblər.



“Bəyannamələrə əsasən, ərizəçi şikayətlərindən geri çəkilir, hökumət isə 3 ay ərzində ərizəçiyə 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə isə 500 avro xərc və məsrəf əvəzi ödəyəcək. Məhkəmə həmin bəyannamələri nəzərə alaraq, ərizəni baxılacaq işlərin siyahısından çıxarıb”.



Qeyd edək ki, Tural Abbaslı Azərbaycanda fəaliyyət göstərən Ağ Partiyanın sədridir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır