Modern.az

Ermənistan Gorus-Qafan yolunu İran yük maşınları üçün bağladı

Ermənistan Gorus-Qafan yolunu İran yük maşınları üçün bağladı

Aktual

16 Sentyabr 2021, 16:48

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınlarının hərəkəti üçün bağlayıb.

 

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Gorus şəhərinin çıxışında onlarla yük maşını yığılıb.

 

Ermənistan hüquq-mühafizə orqanları onları Qafana buraxmır.

 

Qeyd olunur ki, yük maşınlarının sürücüləri Azərbaycan tərəfinə rüsum ödəmək imkanına malikdir. Sürücülər rüsum tələbi ilə əlaqədar yolun bir hissəsini bağlayacaqları ilə hədələr edirlər.

 

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!