Modern.az

Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı

Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı

16 Sentyabr 2021, 22:51

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.

 

Modern.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

 

İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

 

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş saat 16:10-da, Gəncədən isə saat 18-10-da baş tutacaq.

 

Sərnişinlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilərlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir