Modern.az

Üzeyir Hacıbəylinin “Koroğlu” operası 62 il sonra yenidən lentə alındı

Üzeyir Hacıbəylinin “Koroğlu” operası 62 il sonra yenidən lentə alındı

19 Sentyabr 2021, 09:10

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alınıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə lentə alınmış Uzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası artıq bütün musiqi platformalarında yer alıb.

 

“Azərbaycan klassik opera janrımızın şah əsəri olan “Koroğlu” operası böyük tarixi bir yol keçmişdir. Məhz, Üzeyir bəyin “Koroğlu” operası müxtəlif illərdə müxtəlif ifaçılar tərəfindən özünəməxsus formada ifa edilmişdi. “Koroğlu” operası sonuncu dəfə 1959-cu ildə böyük Maestro Niyazinin rəhbərliyi altında lentə alınmışdı.

 

Yaradıcı heyətlə belə bir qərara gəldik ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə bu operanı lentə alaq. Düşünürəm ki, bu opera hüdudlarımızdan kənarda Azərbaycan klassik musiqisevərlərə Üzeyir bəyin əziz xatirəsinə, Milli Musiqi Günündə bir töhfə olacaq. Fürsətdən istifadə edib, səs yazılışında iştirak edən bütün yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm”,- deyə Ramil Qasımov söyləyib.

 

Qeyd edək ki, operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayev, əsas partiyaları Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli Əsgərov və Taleh Yəhyəyev ifa ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub