Modern.az

Qaradağda gənc oğlan bıçaqlandı

Qaradağda gənc oğlan bıçaqlandı

19 Sentyabr 2021, 12:37

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

 

Belə ki, 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

 

A.Xankişiyev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir