Modern.az

Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi

Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi

Aktual

19 Sentyabr 2021, 17:24

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.


Modern.az xəbər verir ki, bu istiqamətdə təşkil olunan növbəti reyd zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Reyd zamanı, həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Dövlət Yol Polisi əməkdaşları tərəfindən, eyni zamanda ixrac etdiyi qazlardakı zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri ilə bağlı tədbirlər həyata keçirilib. Sürücülərə bir daha izah olunub ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verməlidirlər.

 

Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib edilib.
Reyd zamanı aşkarlanan digər qayda pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir