Arxiv
20 Sentyabr 2021, 08:50 | AKTUAL
Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk və müsəlman icmalarının üzvləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İstiqamətləndirmə Cəmiyyətinin (TASC) təşkilatçılığı ilə baş tutan görüş Nyu-Yorkun Manhetten adasında “Manhattan Center”də baş tutub. Görüşdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları da iştirak edib.

 

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan COVID-19 pandemiyasının başlanğıcından indiyə kimi Amerikanın müsəlman toplumunun ehtiyacı olanlara kömək üçün apardıqları yardım kampaniyasından bəhs edib, TASC-ın müsəlman icmasının birliyi üçün fəaliyyətin məmnunluğunu ifadə edib.

 

Prezident Türkiyənin vaksinə ehtiyacı olan ölkələrə verdiyi dəstəkdən bəhs edib: “Türkiyənin hazırladığı vaksini yaxın gələcəkdə bütün dünyanın xidmətinə verəcəyik. Əlimizdəki imkanları insanlıq üçün istifadə edəcəyik".

 

Ərdoğan Türkiyəni pandemiyadan daha ölümcül olan başqa “virus”la - İslam düşmənçiliyi ilə mübarizə apardığını bildirib. Ölkə başçısı islamofobiyanın uzun illər ərzində dünyanın qabaqcıl ölkələrində geniş vüsət aldığını deyib:

"Bu “virus” sosial barışı yerlə-yeksan edən xəstəliyə çevrilib. Bir çox ölkələrdə müsəlmanların cəmiyyətlərdən kənarlaşdırılması, ayrı-seçkilik artıq adi hal alıb. Biz dinimizə və müsəlman qardaşlarımıza qarşı olan bütün mənfur əməllərin qarşısındayıq. Mübarizəmizi beynəlxalq platformalarda haqq səsimizi yüksəltməklə davam etdirəyəcik".

 

ABŞ-da 300 mindən çox türkün yaşadığını deyən ölkə başçısı türk icmasının Birləşmiş Ştatlardakı fəaliyyətinin ikili münasibətlərə birbaşa təsir etdiyini bildirib: "Sizin Türkiyənin Amerikadakı elçiləri olaraq xüsusi vəzifəniz var. Türkiyə ilə ABŞ iki dost və müttəfiqdir. Bəzən fikir ayrılığı yaşasaq da, birlikdə yol aldığımız bir çox sahələr var. İyirmi milyard dollarlıq ikili ticarət dövriyyəmiz mövcuddur və hədəfimiz bunu daha da genişləndirməkdir.

 

Türkiyəyə qarşı qaralama kampaniyalarının aparıldığını yaxşı bilirsiniz. FETÖ-nün və digər ünsürlərin ölkəmizə qarşı apardığı çirkin əməllərini bu ölkədəki dostlarınıza danışın ki, onlar doğrunu və yalanı ayırd edə bilsinlər. Heç bir yalan həqiqət günəşinin işığında bilməz. FETÖ-nün ölkəmizə qarşı çirkin əməllər içində olanlara birlik və bərabərliklə qalib gələ bilərik”.

 

Dövlət başçısı sabah açılışını reallaşdıracağı "Türk evi" binasından da bəhs edərək, bu abidənin sadəcə Türkiyənin deyil, bütün müsəlmanların evi olacağını deyib.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, Baş Assambleyanın 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri beynəlxalq təşkilatın iclasının ilk günündə çıxış edəcək. ("Report")

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə futbol oyunları ilə bağlı qadağalar ləğv edilir 28 Oktyabr 2021, 21:16 "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24