Arxiv
20 Sentyabr 2021, 09:38 | MƏDƏNİYYƏT
Ermənilərin 10 zirehli texnikasını məhv edən Milli Qəhrəman

20 sentyabr tarixi Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin doğum günüdür.

Modern.az saytının məlumatına görə, Vahid Həbibulla oğlu Quliyev 20 sentyabr 1955-ci ildə  Cəbrayıl rayonun Qumlaq kəndində anadan olub. 1972-ci ildə orta məktəbi bitirib.
1974-cü ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçib.
1976-cı ildə hərbi xidmətini başa vuran V.Quliyev Azərbaycan Dövlət Universitetinin Fızika fakültəsinə daxil olub. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdıb və “Azon” Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilib. 1992-ci ilə qədər bu zavodda çalışıb.

Vahid Quliyev 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edib. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş bölgəsinə göndəriblər.

Vahid Quliyev 1992-ci il sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girib. O, bu döyüşdə düşmənin bir tankını vurub. Həmin döyüşdə V.Quliyev erməni yaraqlılarının hücumunun qarşısının alınmasında xüsusi rol oynayıb.
Oktyabrın 14-də onu Qubadlı cəbhəsinə göndəriblər. Burada da o, rəşadətlə vuruşub. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb.
28 fevral 1994-cü ildə o, yenidən Ağdam döyüş bölgəsinə dönüb.

V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana kimi düşmənin 10 zirehli texnikasını sıradan çıxarmışdı. Bunun 8-i tank, 2-si isə PDM (piyada döyüş maşını) idi.


Vahid Quliyevin Modern.az-a açıqlaması:

"1992-ci ildə Yasamal rayonu Hərbi Komissarlığına müraciət edib, könüllü olaraq hərbi hissəyə getdim. Avqust ayında Qobuda tank əleyhinə idarə kompleksində təlimdə oldum. Sentyabrın 8-i Ağdamda Uzundərədə hərbi hissədə oldum. Sentyabrın 25-də Xanabad istiqamətində düşmənin 1 tankını vurdum. O vaxt mən tank əleyhinə raket kompleksinin komandiri idim. Ancaq biz döyüşçü kimi döyüş tankına oturub döyüşürdük. Çünki o vaxt hərbi mütəxəssislər yox idi. Zabitlər belə,  ehtiyatdan çağırmışdılar. Qısa bir müddətdə texnikanı idarə etməyi öyrənib döyüşlərə girmişdilər. Əsgərlərin bu maşınlar haqqında anlayışı yox idi. Hər maşının 2 zabiti  var idi. Mən əvvəl zavodda işlədiyim üçün orda olan maşınların təmirinə də kömək edirdim.

Ağdamda 1 ay olduqdan sonra məni geri çağırdılar. Ermənilər cəbhənin digər bölgəsində Qubadlının müəyyən hisslərini işğal etmişdilər.

Məni təcili ora döyüşə göndərdilər. Müdafiə nazirinin artilleriya üzrə müavini Hacı Rəhim Məmmədov məni özü qarşıladı. Mənə atəş mövqeyi təyin olunması barədə tapşırıq verdi. Bir müddət Həkəri çayının yaxınlığında Qaralar kəndində düşmən istiqamətində atəş mövqeyinə təyin olundum. Bir neçə gün keçdikdən sora isə xahiş etdim ki, məni döyüşün qızğın olan yerlərinə göndərsinlər. Ermənistan sərhədinə Yazıdüzü deyilən ərazidə Qurbantəpə deyilən bir təpə var idi. Ermənilərlə son atəş nöqtəsi idi. Həmin ərazidə döyüşə başladım. Sonra öyrəndim ki, bizdən 2 kilometr irəlidə də hərbi topçularımız dayanıb. Xahiş etdim ki, mən bir az da irəliyə gedim. Sonra irəli topçuların mövqeyinə köçürüldüm. Zabitlərlə görüşdüm. Müvafiq mövqe seçildi. 1993-cü ilin avqust ayının sonunadək həmin mövqedə oldum.
Avqustun 26-sı ermənilər olduğumuz yeri atəşə tutublar. 28-də isə qəflətən arxadan hücuma keçdilər. Yazıdüzü deyilən dağda Həkəri dərəsindən sağ cəbhəni yarıb 3 tank, 2 "BMP", 1 batalyon canlı qüvvə ilə bizim mövqeyimizə hücum etdilər. Bizim olduğumuz yerdə cəmi 34-35 heyət var idi. Arxa ilə rabitə əlaqəmiz də kəsilmişdi. Qərargahdan çox aralıydıq.

Bizim toplar tank əleyhinə olduğu üçün müəyyən bucaq altında atəş açırdılar. Lazımi məsafə mütləq idi. Ona görə düşmənə qarşı topla cavab verə bilmədik. Əldə 2 qumbaraatan və avtomat var idi. 34-35 nəfər 1 batalyona qarşı mübarizə aparırdıq. Nəticədə 2 əsgərimiz şəhid oldu. Zabitlərdən bir neçəsi ağır yaralandı.
Növbəti döyüş başlayanda ermənilərlə aramızdakı məsafə çox azalmışdı. Döyüş başlayanda ermənilərin 1 tankını vurdum. Daha sonra ikinci tankı arxa tərəfdən motorundan vurdum. Bizim uşaqlar igidliklə vuruşurdular. Ermənilər düşündülər ki, bizim güclü qüvvəmiz çoxdur. Döyüş başlayanda axşam idi. Bir neçə saat sonra onların tanklarının səsi uzaqlaşdı. Səhərə yaxın bizə kömək gəldi.

Yeni gələn dəstəyə tapşırıqlarımızı verib növbəti hücuma hazır vəziyyətə gətirdik. Günortadan sonra növbəti hücuma keçdik. Gecəni səhərədək döyüşdük. Hava aydınlananda gördük ki, qarşı ərəfdə heç kim yoxdur. Ermənilər topları atıb qaçmışdılar. O döyüşdə  həm canlı, həm də texniki qüvvə cəhətdən üstün olsalar da, ermənilər qaçmağı özlərinə qənimət bilmişdiblər...

Yeni mövqeyi bərpa etdik. Avqustun 29-u, 30-u və 31-i günortaya qədər gözlədik. Amma arxadan kömə gəlmədi. Arxa cəbhə ilə əlaqə yarada bildik. Bizə dedilər ki, “elə bilirdik orda heç kim qalmayıb”. Mənə də tapşırıq verildi ki, oradakı hərbçilərlə geri qayıdım. Dəstəmizə vəziyyətin nə yerdə olduğunu izah etdim. 15 nəfər qalmışdıq. Topları götürüb bir az daha hündür yerə qoyduq. İkisini erməni kəndləri istiqamətinə, iksini də erməninin hücum elədiyi arxa istiqamətə tuşladıq. Ermənilər hər zaman günortadan sonra hücuma keçirdilər. Çünki bizim mövqeyimiz Şərq tərəfdə olduğundan gün onlara mane olurdu. Günorta biz tərəf yaxşı işıqlanırıdı və onlar bizi yaxşı görürdülər. Döyüşün belə bir taktikası var ki, günortadan sonra hücum edəndə alınan mövqelərə gecə saatlarında qaranlıqdan istifadə edib əlavə qüvvələr yerləşdirmək mümkündür. Bu nöqteyi-nəzərdən onlar üçün günortadan sonrakı hücum daha əlverişli idi.
Belə çətin döyüşlərimiz çox olub və həmin döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnikanı sıradan çıxarmağa müvəffəq olmuşam...".

Azərbaycan Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


V.Quliyev 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib.

2002-ci ildə ordudan tərxis olunaraq, təqaüdə çıxıb.
  
Polkovnik-leytenant Vahid Quliyev təqaüdə çıxandan sonra 2007-ci ilə kimi Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyib. 

Ailəlidir. İki oğul atasıdır.


Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 218 nəfərə Milli Qəhrəman adı verilib.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15