Modern.az

Bu gün Şəhid jurnalistin övladları da məktəbə getdilər - FOTO

Bu gün Şəhid jurnalistin övladları da məktəbə getdilər - FOTO

22 Sentyabr 2021, 08:41

Bu gün Şəhid jurnalist Məhərrəm İbrahimovun övladları da pandemiyadan sonra ilk dərs gününün həyəcanını yaşayan uşaqlar sırasındadırlar.

Modern.az xəbər verir ki, Məhərrəmin böyük oğlu Uğur 2-ci sinifə , kiçik oğlu Toğrul isə məktəbəqədər hazırlığa gedir. Onların timsalında ilk dərs günü olan bütün məktəbliləri təbrik edirik!

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır