Modern.az

Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Aktual

24 Sentyabr 2021, 07:04

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

 

Görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.

 

Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də, iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Tərəflər, həmçinin, bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər.

 

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.

 

Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

 

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi