Arxiv
24 Sentyabr 2021, 10:40 | AKTUAL
Ceyhun Bayramov nazirlərin illik toplantısında çıxış etdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib.



Modern.az xəbər verir ki, iclasın açılışında BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid və BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəsi Kourteni Ratrey çıxış ediblər. İclasda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. İclasın nəticəsi olaraq Nazirlər Bəyannaməsi qəbul edilib.



Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdinin sədrliyi ilə keçirilmiş tədbirdə nazir Ceyhun Bayramov nitqlə çıxış edib. Ceyhun Bayramov çıxışında səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı beynəlxalq dəniz ticarət limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılmasında davamlı səylər göstərdiyini bəyan edib.



Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub. Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.



Qeyd edək ki, LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb.



LLDC qrupu əsasən Asiya və Afrika qitələrini, qismən də Avropa və Cənubi Amerikanı təmsil edən müxtəlif inkişaf səviyyəsinə malik 32 ölkəni birləşdirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42