Modern.az

Eldar İbrahimov: “Təltif olunduğumu eşidəndə kövrəldim”

Eldar İbrahimov: “Təltif olunduğumu eşidəndə kövrəldim”

Parlament

24 Sentyabr 2021, 15:48

Milli Məclisin deputatı Eldar İbrahimov Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin sərəncamı ilə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” döş nişanı ilə təltif olunub.

 

Sentyabrın 22-də Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir Baxrom Aşrafxanov mükafatı Eldar İbrahimova təqdim edib. Diplomat bildirib ki, E.İbrahimov Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və “Azərbaycan-Özbəkistan” Dostluq Cəmiyyətinin sədri kimi iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına, dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə verdiyi mühüm töhfələrə görə bu mükafata layiq görülüb.

 

Deputat Eldar İbrahimov Özbəkistan Prezidenti tərəfindən təltif edilməsi ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. O, təltif olunduğunu  eşidəndə kövrəldiyini deyib:

 

“Mən 2002-ci ildən Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan-Özbəkistan dostluq qrupunun sədriyəm. Dəfələrlə Özbəkistanda olmuşam. Özbəkistanda seçkilər çox yüksək səviyyədə keçirilir. Sözün əsl mənasında demokratik ölkədir. Onlar seçkini bayram kimi keçirirlər. Özbək Azərbaycanı sevən xalqdır. Özbəkistan Qarabağ məsələsində daim Azərbaycanın yanında olub, ölkəmizə dəstəyini nümayiş etdirib.

 

Təltif olunduğumu eşidəndə çox böyük hisslər keçirdim. Hətta çıxışım zamanı kövrəldim. Qürurlu anlar yaşadım ki, belə bir döş nişanı ilə təltif olunmuşam.  Bu təltif Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaşlıq, dostluq münasibətinin nişanəsidir”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı