Modern.az

Şəhid ailələri ziyarət olunub - FOTOLAR

Şəhid ailələri ziyarət olunub - FOTOLAR

Aktual

25 Sentyabr 2021, 15:52

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə, xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin tövsiyələrinə əsasən, 44 günlük Vətən müharibəsində şəhid olan hərbçi və mülki şəxslərin ailələri mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir.

 

“27 sentyabr – Anım günü” ilə ələqədar Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  əməkdaşları, Şəhər Ağsaqqallar Şurası, aidiyyatı ictimai birliklərin, idarə və müəssisələrin rəhbərləri  Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

 

Ziyarətlər zamanı öz qanı, canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən igidlərimizin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib. Şəhidlərin ailə üzvlərinin sosial problemləri və gündəlik qayğıları ilə də maraqlanıblar. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub