Arxiv
27 Sentyabr 2021, 14:22 | AKTUAL
ADU-da Anım Günü qeyd olunub - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 

Modern.az xəbər verir ki,  anım tədbirində universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak edib. Universitet rəhbərliyi Ulu Öndər Heydər Əliyevin büstünü və ADU şəhidlərinin xatirə lövhəsini ziyarət edərək, unudulmaz xatirələrini ehtiramla yad ediblər.  Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, şəhidlərin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağını bildirib:

 

“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğullarının çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”

 

Azərbaycan xalqının müzəffər xalq kimi dünya xalqları içərisində seçildiyini qeyd edən rektor, bu tarixi uğura görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasətin bu gün də layiqincə davam etdirildiyi bildirilib. Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsindəki cəsarəti, inamı və qətiyyəti hesabına bütün dünya dövlətləri haqq savaşında kimin kim olduğunu gördü. Bu uzaqgörən və müdrik siyasətin nəticəsində haqq savaşımız bir çox ölkələr tərəfindən  düzgün qarşılandı. Bu da tarixi uğur idi. Bu uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.

 

Həmçinin ADU-nun şəhid məzunlarının qəhrəmanlığı, Vətən uğrundan canlarından keçməsi böyük qürur və fəxarətlə qeyd olunub:

 

“Hər bir şəhid bizim üçün əziz, xatirəsi əbədi və unudulmazdır. Şəhidlər ölməzdir, ruhları bizimlədir, onlar göylərdədir və bizi görürlər. Çalışmaq lazımdır ki, onlara layiq bir ömür sürək və Vətənəmizi qoruyaq. Bu bizim əsas və başlıca vəzifəmiz olmalıdır.”

 

Tədbir ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin hazırladığı bədii kompozisiya ilə davam edib.  

 

ADU-da Anım Günü ilə əlaqədar tədbir keçirildi- FOTOLAR ADU-da Anım Günü ilə əlaqədar tədbir keçirildi- FOTOLAR ADU-da Anım Günü ilə əlaqədar tədbir keçirildi- FOTOLAR ADU-da Anım Günü ilə əlaqədar tədbir keçirildi- FOTOLAR ADU-da Anım Günü ilə əlaqədar tədbir keçirildi- FOTOLAR ADU-da Anım Günü ilə əlaqədar tədbir keçirildi- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 Dilçilik İnstitutuna yeni direktor təyin olundu 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14 Şəhid və qazi ailələrinin su təchizatı yaxşılaşdırıldı 28 Oktyabr 2021, 15:10 1920-ci illərin xəritəsi: Bakı və İrəvan masaya hansı atlasla oturur? 28 Oktyabr 2021, 15:04