Arxiv
27 Sentyabr 2021, 20:22 | AKTUAL
Daha bir partiya bəyanat yaydı

Vətəndaş Birliyi Partiyası 27 sentyabr-Anım Günü ilə bağlı Bəyanat verib.

 

Modern.az həmin bəyanatı təqdim edir:

 

Düz bir il öncə-27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında beynəlxalq hüququn tələblərinə uyğun olaraq son 30 ildə himayədarlarının dəstəyi ilə Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasətinə qarşı Qurtuluş savaşına başladı.

 

BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətinə son verib, qoşunlarını işğal etdiyi Azərbaycan ərazisindən çıxarılması barədə qəbul etdiyi 4 qətnaməni 28 il ərzində icra edə bilməməsi, o cümlədən münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT Minsk qrupu üzərinə düşən vəzifəni yetirmək əvəzinə ermənilərin işğalçılıq siyasətini möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti Azərbaycanı problemi hərbi-siyasi yolla həllinə vadar etdi. Nəticədə Azərbaycan BMT və ATƏT MQ-nin 28 ildə icra edə bilmədiyi məsələnin həllini öz üzərinə götürərək beynəlxalq hüququn tələblərinə uyğun olaraq münaqişəni hərbi-siyasi yolla həll edib, ərazi bütövlüyünü təmin etdi.

 

Azərbaycan Ordusunun “Dəmir yumurq” adı alıtnda başlatdığı 44 günlük əks-hücum əməliyyatı nəticəsində Ermənistan ağır məğlubiyyətə düçar edilərək, kaputulyasiyaya vadar edildi. 10 noyabr 2020-ci ildə Rusiyanın zəmanəti ilə kapitulyasiya sənədi - atəşkəs razılaşması imzalamağa məcbur qaldı.


Artıq bir ildir ki, 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlanılaraq və talan edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanılır, yenidən bərpa olunan dövlət sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir, dağıdılmış və viran edilmiş yurd yerlərimizdə böyük tikinti-quruculuq işləri aparılır, dinc sakinlərin öz evlərinə rahat qayıdışı və yaşayışı üçün geniş təhlükəsizlik tədbirləri görülür.


Möhtəşəm Qələbənin əldə olunmasında əsas yük və ağırlıq Azərbaycan Ordusunun üzərinə düşsə də, bu böyük qələbə ölkədə yaradılmış ordu-xalq-hakimiyyət birliyili, həmrəyliyi müstəsna rol oynadı. Siyasi mövqeyindən və milli mənsubiyyətinidən asılı olmayaraq bütün vətəndaşlarımızın səmimi birliyi sayəsində, milli iradənin qətiyyətlə və böyük ruh yüksəkliyi ilə ortaya qoyulması hesabına əldə edildi.


Vətəndaş Birliyi Partiyası bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar, qürur və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir.


Vətəndaş Birliyi Partiyası 30 illik işğala son qoyulmasında və son 200 illik tariximizdə belə bir şərəfli tarixin yazılmasında müstəsna xidməti olan, döyüş əməliyyatlarına düzgün və uğurla komandanlıq etdiyinə, Ordunu və cəmiyyəti vahid qüvvə şəklində bütövlükdə öz arxasınca səfərbər edib, məharətli bacarığına görə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirir.


Vətəndaş Birliyi Partiyası eyni zamanda beynəlxalq təşkilatları və dünya ölkələrini Ermənistan-Azərbaycan münasibətlərində obyektiv olmağa, beynəlxalq hüquqa qaşı məsuliyyətli davranmağa səsləyərək, Ermənistanın bundan sonra hər hansı revanşist hərəkətlərinə sərt reaksiya verməyə, Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin təmin edilib, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasına çağırır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir" - Prezident 25 Oktyabr 2021, 21:35 İlham Əliyev: "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"  25 Oktyabr 2021, 21:17 Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05