Arxiv
27 Sentyabr 2021, 21:06 | AKTUAL
Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anıldı - FOTOLAR

İkinci Qarabağ Müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan Azərbaycanlı icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak edib.

 

Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan səfir Süleymanov bugünün Azərbaycan tarixində çox önəmli bir gün olduğunu söyləyərək qeyd edib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və uca tutulacaqdır.


Səfir vurğulayıb ki, üç onillik ərzində danışıqlardan boyun qaçıran və 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistan ötən ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutduqda Azərbaycanın başqa seçimi qalmadı və ölkəmiz özünü müdafiə hüququndan istifadə etməklə cavab hərbi əməliyyatlarına başlayaraq 44 günlük Vətən müharibəsi ərzində torpaqlarını düşmən tapdağından xilas etdi. Elin Süleymanov xüsusi olaraq qeyd edib ki, Ermənistanın açıq-aşkar təhrikedici təxribatlarına baxmayaraq 44 gün müddətində Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə davam etdirdi və özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmadı.


Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində oynadığı mühüm roldan da bəhs edən səfir Elin Süleymanov bu birliyi qoruyub saxlamaq, gücləndirmək və Azərbaycanın adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu deyib.


Daha sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi əlahiddə şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan ordusunun rəşadəti hər bir Azərbaycanlı üçün qürur mənbəyidir. V.Əhmədov şəhidlərin Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirdiklərini söyləyib və onların bizə əmanət etdiyi müzəffər Azərbaycanın inkişafı və bundan sonra daha da gücləndirilməsinə töhfə verməyin hər bir Azərbaycanlı üçün vacib olduğunu qeyd edib.


Anım tədbirində Britaniyadakı Azərbaycanlı icmasının nümayəndəsi, “Azərbaycan Evi” təşkilatının sədri Ali Tekin Atalar da çıxış edərək şəhidlərin xatirəsinin harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib. O, Vətən müharibəsi ərzində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bir amal uğrunda birləşərək Azərbaycan ordusuna mümkün olduğu qədər mənəvi dəstək verdiyini xatırladıb. Ali Atalar, həmçinin Türkiyə, Pakistan, İsrail kimi ölkələrin 44 günlük müharibə dövründə ölkəmizin yanında olmasının əhəmiyyətini vurğulayıb.

 

Daha sonra tədbir iştirakçıları 27 sentyabr – Anım gününə həsr olunmuş guşənin önünə çiçəklər qoyub, 44 günlük Vətən müharibəsi və ildönümünə həsr olunmuş video materiallara baxıblar.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Gəncədə dəhşətli cinayətin izlərinin şahidi oldum" 17 Oktyabr 2021, 13:46 İrəvanda atışma: atəş açan qaçdı 17 Oktyabr 2021, 13:36 Atası ölümcül xəstə olan uşağı üçün dərman yaratdı 17 Oktyabr 2021, 13:30 Azərbaycanda vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 Gürcüstanda 18 Oktyabr marafonunun qalibləri müəyyənləşdi 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda koronavirusa yoluxmada növbəti rekord 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası sərtləşdirildi 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncəyə getdi - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi batdı: itkin düşənlər var 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51