Arxiv
28 Sentyabr 2021, 18:52 | AKTUAL
Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

 

Modern.az-ın məlumatına görə, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşası hazırda davam etdirilir.

 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.

 

Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun ilk 6 kilometrlik hissəsində torpaq işləri, yeraltı keçid və boruların inşası işləri yekunlaşıb, hazırda qeyd olunan hissədə yol geyiminin inşası aparılır.

 

Yolun 7-40 kilometrlik hissəsində isə torpaq işləri, “İnşaat Norma və Standartları”na uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış və yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür.

 

Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

 

Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolda 5 və yanaşma yollarında daha 5 yeni avtomobil körpüsünün tikintisi də icra olunur. Artıq əsas yolda qeyd edilən körpülərdən üçünün inşasına start verilib. Belə ki, yolun 22-ci kilometrliyində inşa edilən körpünün təməl dirəklərinin tikilməsi, əsas yolun 10-cu və Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə gedən avtomobil yolunun təqribən 1-ci km-də tikilən digər iki körpüdə isə svay qazma işləri aparılır. Bununla yanaşı layihə çərçivəsində Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə gedən avtomobil yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də nəzərdə tutulur.

 

Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi aparılır, həmçinin trassa boyu müxtəlif gərginlikli elektrik xətləri köçürülür.

 

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

 

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20