Modern.az

Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb”

Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb”

Dünya

28 Sentyabr 2021, 19:23

“Nüvə silahının istifadəsi təhlükəsi bəşəriyyətin qırx ildir görmədiyi həddə çatıb”.

 

Modern.az xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.

 

O, planetdə təxminən 14 min nüvə silahının olduğunu və sayının azalmasına baxmayaraq, yeni silah yarışının həyəcan verici əlamətlərinin müşahidə olunduğunu qeyd edib.

 

Quterreş nüvə təhlükəsinin azaldılması istiqamətində dünyada müsbət tendensiyalar da görür.

 

“Rusiya Federasiyası və ABŞ-ın START III müqaviləsini uzatmaq və strateji dialoqa başlamaq qərarı müsbət addımdır”, - deyə o bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?