Arxiv
7 Oktyabr 2021, 16:30 | DİASPOR
Osloda Nizami Gəncəvinin yubileyi - FOTO

Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində  dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, həftəsonu məktəbinin müəlllim, şagird və valideynlərinin iştirak etdiyi görüşə onlayn formatda Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova, şair-pedaqoq Zaur Ustac, Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva və şagirdləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız qatılıblar.

 

Tədbirin qonağı qüdrətli söz ustadının əsərlərinin araşdırmaçısı, “Leyli və Məcnun” əsərindəki aforizimlərdən uşaqlar üçün kitab hazırlamış norveçli yazıçı Raqnhil Thori olub. Tədbiri giriş sözü ilə açan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Alıyev şairin irsinin zənginliyindən və yeni nəslin təlim-tərbiyəsində Nizami dəyərlərinin tədrisinin vacibliyindən danışıb.

 

Azərbaycan xalqının misilsiz ədəbi xəzinə yaratmış Nizami Gəncəvi kimi parlaq şəxsiyyətə malik olmasını böyük xoşbəxtlik adlandıran Raqnhil Thori belə mükəmməl irsi araşdırmağa başladığı üçün çox məmnun olduğunu, bu məqsədlə il ərzində iki dəfə Azərbaycana səfər etdiyini söyləyib. Yazıçı dahi şairin yaradıcılığı ilə ilk tanışlığının Gəncə şəhərində olarkən ona hədiyyə edilən “Leyli və Məcnun” poemasından başladığını və bu əsərdən çox təsirləndiyini nəzərə çatdırıb. Əlavə edib ki, “Leyli və Məcnun” poeması məhəbbət və qadın azadlığı mövzusunda dünyada yazılan ən gözəl əsərlərdən biridir. 

 

Tədbir iştirakçıları Nizami Gəncəvi yaradıcılığının Avropa oxucusuna belə mükəmməl formada təqdim edilməsini milli ədəbiyyatımıza dəyərli töhfə və ədəbi irsimizin dünyada tanıdılması üçün gözəl vasitə kimi qiymətləndiriblər. Görüş məktəblilərin ifasında Nizami yaradıcılığından nümunələrin sələndirilməsi ilə yekunlaşıb.

 

Tədbirdən sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Norveç Azərbaycanlıları Koordinasiya Şurası dahi şairin əsərlərindən və aforizimlərindən ibarət kitabın Norveç dilində nəşr olunması barədə qərar qəbul edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24 Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı 2 Dekabr 2021, 18:18 GUAM-a üzv dövlətlər protokol İMZALADI 2 Dekabr 2021, 18:12 Bakıda 27 narkotacir saxlanıldı - VİDEO 2 Dekabr 2021, 18:06 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə sərhədi MÜZAKİRƏ ETDİ 2 Dekabr 2021, 17:55 BMU-da görüş 2 Dekabr 2021, 17:50 İlin 10 ən yaxşı futbolçusu - SİYAHI 2 Dekabr 2021, 17:45 Vejnəli yatağının fəaliyyətinə icazə verildi 2 Dekabr 2021, 17:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?