Arxiv
8 Oktyabr 2021, 16:30 | TƏHSİL
“Təhsil Haqqında” Qanuna dəyişiklik edilir

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib.

 

O, birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyət etibarı ilə bir-birini tamamladığını qeyd edib. O, sənədlərdə subbakalavr və ali təhsil pillələri üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqinin qanunla təsbit edilməsinin təhsilimizi Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırdığını, bununla da diplomların akademik tanınmasının asanlaşdığını bildirib.

 

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təklif olunan dəyişikliklərin və əlavələrin qanunvericilikdəki hüquqi empirik bazası haqqında məlumat verib. Nəzərə çatdırıb ki, mövcud qanunvericilikdə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulub, həmçinin onların ali təhsil müəssisələrinə qəbul olmaq hüququ müəyyən edilib. Bu kontekstdə təklif olunan dəyişikliklərdə təhsilin subbakalavr səviyyəsində (orta ixtisas təhsili və yüksək texniki peşə təhsili) tədrisin kredit sistemi ilə təşkil olunması, subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması təklif edilib.

 

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri Etibar Əliyev, Eldar Quliyev, Pərvin Kərimzadə, Kamilə Əliyeva müzakirə edilən layihələrlə bağlı öz fikirlərini bildiriblər. Təklif olunan dəyişikliklərdə subbakalavrlara tam orta təhsil almaq hüququnun verilməsini və onların təhsilin növbəti mərhələsi olan bakalavriat səviyyəsinə keçidinin asanlaşdırılmasını təqdirlə qarşılayıblar. Bu dəyişikliklərin vətəndaşların təhsil hüquqlarını, seçim imkanlarını, ali təhsilə əlçatanlığını genişləndirəcəyini, təhsildə fasiləsizliyi təmin edəcəyini bildiriblər. Sənədlərdə subbakalavriat səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğunun təmin edilməsinin nəzərdə tutulmasını isə subbakalavrlara ali təhsil pilləsində təhsili tez başa vurmaq imkanları yaratdığı qeyd edilib. Deputatlar dəyişikliklərin peşə təhsilinə marağı artıracağını və onun inkişafına xidmət edəcəyini bildirməklə, peşə təhsilində əmək bazarının tələblərinin və gələcəyin ehtiyaclarının nəzərə alınmasının vacibliyini də qeyd ediblər.

 

Deputatlar hər iki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

Onlayn iclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Rafael Hüseynov, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım, Milli Məclisin Aparatı rəhbərinin müavini Yaşar Əməşov və digər rəsmi şəxslər də iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 9 Dekabr 2021, 12:10 Əhməd İsmayılov Media Ombudsmanından danışdı 9 Dekabr 2021, 12:05 Ağdamda döyüş sursatları aşkarlandı - FOTO 9 Dekabr 2021, 12:00 “Qarabağa gəlmə ermənilərin dialekti” kitabı çıxdı 9 Dekabr 2021, 11:59 Tələbələrin rəsm əsərləri Forumda maraqla qarşılanıb 9 Dekabr 2021, 11:56 “Bakı Media həftəsi” keçiriləcək - İcraçı direktor 9 Dekabr 2021, 11:53 Goranboyda vətəndaşların qəbulu keçirilib 9 Dekabr 2021, 11:50 Özünü göstərən “silah”lı şəxslərlə bağlı DİN-dən AÇIQLAMA 9 Dekabr 2021, 11:47 Klinik Tibbi Mərkəzə yeni TƏYİNAT 9 Dekabr 2021, 11:43 Jurnalist müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq... 9 Dekabr 2021, 11:40 Ordumuzun Zəngəzurda irəlilədiyi mövqelərin görüntüləri yayıldı - VİDEO 9 Dekabr 2021, 11:35 Metroda ölən şəxsin kimliyi bilindi - Tanınmış adam olub - FOTO - YENİLƏNİB 9 Dekabr 2021, 11:34 Mətbuat orqanlarına güzəştli kreditlər ayrıla bilər - Əhməd İsmayılov 9 Dekabr 2021, 11:31 Region universitetlərinin tələbə və müəllimləri üçün təlim keçirilib 9 Dekabr 2021, 11:27 Jurnalistlərə güzəştlər veriləcək - RƏSMİ 9 Dekabr 2021, 11:23
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?